Aya insan göndəriləcək

Aya insan göndəriləcək
  01 Mart 2013    Oxunub:1815
Çin pilotsuz gəminin Aya endirilməsini və lunoxod hazırlanmasını da planlaşdırır.
Çin kosmonavtlarının növbəti uçuşu üç astronavtla eksperimental kosmik modulda cari ilin iyun-avqust ayları arasında həyata keçiriləcək

Labscience.ru xəbər verir ki, Çinin geniş miqyaslı planının son hissəsinə kosmik stansiyanın quraşdırılması daxildir.
Sinxua rəsmi xəbərlər agentliyi xəbər verir ki, “Şençjou-10” və onun heyəti Qobi səhrasında uzaq bir yerdən buraxılacaq, sonra isə Tiangong (Səma sarayı) ilə birləşəcək”.

İlk dəfə Çin astronavtları keçən ilin iyun ayında modulla birləşməni həyata keçiriblər.

İki Çin gəmisi arasında yaxınlaşma və birləşmə - uzun müddət kosmonavtlar üçün “ev” ola biləcək kosmik laboratoriyanın idarə olunmasında texnoloji və maddi-texniki vərdişlərə yiyələnmədə başlıca maneədir.

Çin superdövlətlərin – Rusiya və ABŞ-ın müəyyən etdikləri kosmik nailiyyətlərdən hələ çox uzaqdır. Tiangong 1 kosmik stansiyanın standart bloku deyil, sınaq moduludur.

Bu ilin yayında Çin kosmik ustalığının artdığını nümayiş etdirəcəkdir. Çində irəliləyən prioritetlərin qarşısının alındığı, büdcənin məhdudlaşdırıldığı bir halda, ABŞ pilotlu gəminin kosmosa buraxılmasını təşkil edib.
2003-cü ildən başlayaraq, bu, Çin kosmik gəmisinin beşinci uçuşu olacaq. Ölkənin orbitdə olmuş ilk kosmonavtı Yan Livey olub.
Çin həmçinin pilotsuz gəminin Aya endirilməsini və lunoxod hazırlanmasını planlaşdırır. Çin alimləri insanın Aya göndərilməsi məsələsini qaldırsalar da bu 2020-ci ildən tez mümkün olmayacaq.


Teqlər:  





Xəbər lenti