Evlənmək istəməyənləri pulla evləndirəcəklər

Evlənmək istəməyənləri pulla evləndirəcəklər
  07 Sentyabr 2013    Oxunub:1430
Türkiyədə işləyən xanımları ailə qurmağa və dünyaya uşaq gətirməyə həvəsləndirmək üçün dövlət işçilərinə təxminən 8 min türk lirəsi pul yardımı edilə bilər.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu təklif oktyabr ayından sonra gündəmə gələcək və hökumətlə bu barədə müzakirələr aparılacaq.

Memur-Sen sədrinin müavini Hacı Bayram Tonbul bildirib ki, bir müddətdir bu məsələnin üzərində çalışırlar: “Qadınları ən azı 3 uşaq dünyaya gətirməyə çağırırlar, amma bunun üçün ailə qurmaq lazımdır. Türkiyədə isə evlilik yaşı getdikcə 25-dən 30-a qalxır. Buna görə də dövlət işçilərinə evlilik üçün yardım edilməsini təklif edirik. Təkliflərə qadınların daha tez təqaüdə çıxmağı, analıq məzuniyyəti şərtlərində düzəlişlər də daxildir”.

H.B.Tonbulun sözlərinə görə, hazırlanan layihə təxminən 2 milyon 600 min dövlət işçisini əhatə edəcək.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti