Xanımınızı polislərin vasitəsilə təbrik edə bilərsiniz

Xanımınızı polislərin vasitəsilə təbrik edə bilərsiniz
  01 Mart 2013    Oxunub:1631
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ənənəvi aksiyasını davam etdirir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Radio Anten”lə birlikdə paytaxt ərazisində “Nümunəvi qadın sürücü” devizi altında ənənəvi aksiya keçirəcək. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzVision.az-a verdiyi məlumata görə, 8 Mart – Beynəlxalq Qadınlar günü “Yol hərəkəti haqqında” qanunun tələblərinə tam əməl edən sürücülərə mükafatlar təqdim ediləcək.

İdarədən bildirilir ki, istənilən müəssisə və şirkət rəhbərliyi aksiyada iştirak edə bilərlər. Bunun üçün idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlamaq lazımdır. V. Əsədovun sözlərinə görə, həyat yoldaşlarını təbrik etmək istəyən kişilər də bu aksiyaya qoşula bilərlər.


Teqlər:  





Xəbər lenti