`Ağıllı diş`kəşf olundu

`Ağıllı diş`kəşf olundu
  10 Sentyabr 2013    Oxunub:1391
“Ağıllı diş” qida rasionunu izləməklə, düzgün pəhriz təyin edə bilir
Tayvan Milli Universitetinin alimləri “ağıllı diş” hazırlayıblar. Bu cihaz qidanın çeynənməsi və qəbulu, mayenin qəbulu, həmçinin öskürək və siqaretin çəkilməsinə insanın sərf etdiyi vaxtı təyin edir.

“Ağıllı diş” xəstəliklərin və qida qəbulu pozuntularının simptomlarını insanın gündə nə qədər siqaret çəkdiyini və nə ilə qidalandığını dəqiqliklə izləməyə imkan verir.

“Diş” xarici görünüşü ilə adi dişdən heç nə ilə fərqlənmir. Sensoru 8 könüllü üzərində sınaqdan keçiriblər. Onlardan öskürmək, su içmək, saqqız çeynəmək və ucadan danışmaq tələb olunub. Kompyuter proqramı insanın nə etdiyini 94 % dəqiqliklə identifikasiya edə bilib. “Diş”dəki məlumatları kompyuter və smartfona köçürmək üçün üzərində iş aparılır. Onu istənilən vaxt təmizləmək və sensorun batareyasının enerji ehtiyatını təmin etmək üçün çıxarmaq olar.

“Ağıllı diş” stomatoloqların da köməyinə gələ bilər. Belə ki, onun vasitəsilə stomatoloji prosedurların nə dərəcədə uğurlu olduğunu qiymətləndirmək mümkündür.


Teqlər:





Xəbər lenti