"WhatsApp", "Viber" və "Telegram" işlədənlərin diqqətinə!
Yeni proqramın yaradıcıları qeyd edirlər ki, bir çox şirkətlər gün ərzində müştərilərdən minlərlə mesaj alırlar. Həmin şirkətlərin əməkdaşları bu mesajları “əllə” emal etməli olur, yəni müxtəlif messencerlər arasında keçid edirlər və eyni zamanda, ümumi mesaj bazası yaratmalı olurlar. “Voximplant” şirkətinin nümayəndələri əmin edirlər ki, şirkət əməkdaşları gündəlik bu işlərə 1,5 saat vaxt sərf edirlər.
“Voximplant” şirkətinin həlli messencer, sayt və ya smartfon vasitəsilə göndərilmiş mesaj və zəngləri qəbul edir və onları əlaqə mərkəzinin əməkdaşları üçün növbə şəklinə salır. Növbə həm əllə, həm də avtomatik yaradıla bilər. Mesajlar həm ani, həm də təxirə salınmış kimi göndərilə bilər. Platforma “WhatsApp”, “Viber” və “Telegram” messencerlərini dəstəkləyəcək.
Proqramçılar qeyd edirlər ki, onların həllindən istifadə kompüter və ya başqa qurğuya yüklənməni azaldır.
AzVision.az
Teqlər: WhatsApp Viber Telegram