Saakaşvilini öldürmək istəyirlər

  Saakaşvilini öldürmək istəyirlər
  01 Mart 2013    Oxunub:1728
Dövlət mühafizəsindən imtina edən Gürcüstan prezidentinə qarşı sui-qəsd hazırlanır.
Bu sensasion bəyənatla Gürcüstan Milli-Azadlıq hərəkatının liderlərindən biri İrakli Sereteli çıxış edib. “Versiya” qəzetinə müsahibə verən Sereteli bu məlumatı hazırda Gürcüstanda yaşamayan iki dostundan aldığını deyib. Məlumata əsasən, Rusiya xüsusi xidmət orqanları tapşırığı və kriminal ünsürlərin iştirakı ilə prezidentə qarşı terror aktı hazırlanır.

“Əməliyyatın adı da var – “İlan”. Əməliyyatın mayın 26-da keçirilməsi planlaşdırılır. Bu məlumatların blef olmasını da istisna etməsəm də bu barədə xəbər verməyi lazım bilirəm”,-deyə Sereteli bildirib.

Xatırladaq ki, iki gün öncə Gürcüstan prezidenti Xüsusi Dövlət Mühafizə Xidmətindən tam imtina edib.



Teqlər:  





Xəbər lenti