Tələbələrimiz Fransa prezidentinə müraciət etdi

Tələbələrimiz Fransa prezidentinə müraciət etdi
  01 Mart 2013    Oxunub:1454
Döyülmə faktında günahı olanlar məsuliyyətə cəlb olunacaqlar.
Azərbaycan tələbələri Parisdə Milli Assambleyanın binasında iki azərbaycanlının döyülməsi faktı ilə əlaqədar Fransa Prezidenti Fransua Ollanda müraciət ediblər.Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Müraciətdə deyilir:
"Biz 2013-cü il fevralın 26-da Fransa Milli Assambleyasında baş verən hadisələrlə əlaqədar Sizə müraciət edirik. İnanılmazdır, lakin Avropanın mərkəzində, parlament binasında, parlament deputatlarının gözü önündə "mədəni insanlar" qapıları bağlayaraq gənc insanlara divan tutmağı özlərinə rəva biliblər! Nə üçün? Yalnız ona görə ki, onlar azad fikir bildirmək hüququna tam uyğun olaraq digər rəy söyləyiblər", - müraciətdə deyilir.
Tələbələr Fransa Prezidentinin diqqətinə çatdırıblar ki, azərbaycanlıların döyülməsi bu hərəkətə sövq edənlərdən biri olan Milli Assambleyanın üzvü Fransua Roşeblounun gözü önündə baş verib.
Azərbaycan tələbələri əminliklərini bildiriblər ki, döyülmə faktında günahı olanlar məsuliyyətə cəlb olunacaqlar.


Teqlər:  





Xəbər lenti