Sumqayıtdan Gürcüstana gedən qatarda kimyəvi maddə sızıb.
Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu ərazisində Karrar dəmiryol stansiyasının yaxınlığında Sumqayıt şəhərindən Rustavi şəhərinə (Gürcüstana) gedən yük qatarının sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda qəzanın nəticələrinin aradan qaldırması istiqamətində müvafiq işlər görülür.