“Məhsul”a yığışanlar və Avropanın iç üzü - FOTOFAKTLAR

“Məhsul”a yığışanlar və Avropanın iç üzü - FOTOFAKTLAR
  06 Oktyabr 2017    Oxunub:16242
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə son zamanlar ölkəmizə qarşı yürüdülən qərəzli kampaniyalara münasibət bildirib.
Ölkə başçısı konkret faktlar göstərməklə anti-Azərbaycan kampaniyasının böyük yalan və böhtan üzərində qurulduğunu avropalı diplomatların diqqətinə çatdırıb.

Prezident çıxışı zamanı vurğulayıb ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir:

"Dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik".

Ölkə başçısı, Azərbaycanda guya müxalifətin mitinqlərinə əngəllərin olması haqda ittihamlara tutarlı cavab verib. Prezident avropalı diplomatların nərəzinə çatdırıb ki, ölkəmizdə müxalifətə qarşı heç bir məhdudiyyət tətbiq olunmur.

"Mitinqlə heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz".

Prezidentin qeyd etdiyi kimi, Azərbaycanda müxalifət partiyaları dəfələrlə mitinqlər keçiriblər. Milli Şuranın sentyabrın 23-də "Məhsul" stadionunda təşkil etdiyi mitinqi buna nümunə göstərmək olar. Hansı ki həmin mitinqə cəmi 1500 nəfər gəlmişdi. Bu isə özünü ana müxalifət adlandıran bir qurum üçün olduqca biabırçı mənzərədir. Prezident çıxışında haqlı olaraq qeyd edir ki, bu gün müxalifətin mitinqləri vətəndaşları cəlb etmirsə, insanlar onların arxasında getmirsə, buna görə iqtidarı günahlandrmaq yersizdir. Qəbul etmək lazımdır ki, Azərbaycan xalqı radikal müxalifəti dəstəkləmir.



Mitinqə gələnlərə maneələrin yaradılmasına gəlincə, nəinki həmin şəxslərə əngəl olunur, əksinə ora toplaşanların təhlükəsizliyinin təmin edilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülür.

Azərbaycan prezidenti avropalı diplomatlarla görüşündə müxalifətin “siyasi məhbus” oyunbazlığına da toxunub. Prezident əsassız ittihamlarla Azərbaycanı təndiq hədəfinə çevirən bəzi Qərb təmsilçilərinə ölkələrindəki vəziyyəti xatırladıb:

“Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq”.

Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən ölkələrdə vəziyyət heç də ürəkaçan deyil. Özünü demoktratik hesab edən əksər Avropa ölkələrində etiraz aksiyaları təşkil edən kütləyə qarşı necə qəddarcasına davranıldığı hamıya məlumdur. Bu gün əmin addımlarla inkişaf yolunu tutan Azərbaycanı qaralayan bəzi dairələr nədəsə bunlara göz yumurlar. Beynəlxalq səviyyədə həmin ölkələr bir dəfə də olsa tənqid olunmur. Bu, riakarlıq, qərəzli yanaşma deyil, bəs nədir?!

Ölkə başçısı öz gözlərində tiri görməyən avropalılara xatırladır ki, Azərbaycandan fərqli olaraq sizin ölkənizdə etirazçı kütlə itlər və atlarla dağıdılır, onlara ən sərt formada rəftar edilir. Buna görə onlara irad tutulurmu? Əlbəttə, yox. Çünki, özlərini ədalət carçısı, insan hüquqlarının müdafiəçisi kimi qələmə verənlər ikiüzlü siyasət yürüdənlərdir. Azərbaycan rəhbərliyinin apardığı müstəqil və uğurlu siyasət onları narahat edir. Bu səbəbdən şər-böhtan kampaniyaları ilə ölkəmizin imicinə kölgə salmağa çalışırlar.

Aşağıda təqdim etdiyimiz fotolar dünyanın ən demokratik ölkələrindən sayılan Hollandiyada lentə alınıb. Göründüyü kimi, polis etirazçı kütləyə qarşı at və təlim keçmiş itlərlə hücum edir. Bu, insan haqlarının tapdalanması deyilmi? Yenə susurlar...




Fransa, Almaniya və digər Avropa ölkələrində də hakimiyyətə qarşı çıxan müxaliflərə münasibət Hollandiyadan geri qalmır. İnsanlar dəyənəklərlə döyülür, təhqir olunur və həbsə atılır.








Katoloniya hadisələrini də bu siyahıta əlavə etmək olar. Polislər seçki məntəqələrini dağıdıb, dəyənək və rezin güllələrlə insanlara hücum edib. Referendum qarşıdurmaları zamanı yüzlərlə kataloniyalı xəsarət alıb. Bütün bunlar keçmişdə yox, bir neçə gün öncə baş verib.

Sual olunur: nədən beynəlxalq təşkilatlar, hegemon dövlətlər bunlara göz yumurlar? Niyə bu ölkələrdə insan haqlarının pozulduğu etiraf edilmir?

Cavab çox sadədir: həqiqəti demək onlar sərf etmir.

Avrpada tapalanan haqlar, döyülən müxalifətçilərlə bağlı onlarla faktı, yüzlərlə fotonu əlavə etmək olar. Hansı ki belə mənzərələr indiyədək Azərbaycanda bir dəfə də olsa baş verməyib.

Bax, budur Avropanın demokratiyası və iç üzü...










Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Avropa  





Xəbər lenti