Onlar ABŞ-a gedə bilməyəcək

Onlar ABŞ-a gedə bilməyəcək
  02 Mart 2013    Oxunub:1491
İnsan haqlarını pozan Ukrayna rəsmilərinin ABŞ-a yolları bağlandı.
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia bəyan edib ki, ABŞ administrasiyası mövcud olan qanunlar əsasında «kobud şəkildə insan haqlarını pozan» ukraynalılara qarşı viza sanksiyaları tətbiq edir. «Bizim mövcud qanunlar kobud şəkildə insan haqlarını pozan və digər cinayətlər törədən şəxslərin ABŞ-a gəlməsinə viza məhdudiyyəti qoymağa imkan verir. Biz bunu edirik. Bəzi ukraynalılar ABŞ-a gələ bilməz. Bu istiqamətdə yeni qanunların qəbuluna ehtiyac görmürəm. Biz münasibətlərimizə xələl gətirən problemlərin həlli yollarını axtarırıq. Ümid edirik ki, Ukrayna hökuməti bu istiqamətdə hərəkət edəcək» - bunu «Amerikanın səsinə» müsahibəsində Tomas Melia bildirib.

Bununla belə o, Ukraynada kimlərin sanksiyalara məruz qaldığını açıqlamayıb. «Biz istəyirik ki, Ukrayna ABŞ və Avropa Birliyi ilə yaxınlaşsın, siyasi və hüquqi standartları tətbiq etsin. Biz ötən ilki seçkilərdə baş verən pozuntularla bağlı diskussiyalar aparmışıq, hesab edirik ki, bu geriyə doğur addım idi», - deyə Melia qeyd edib. ABŞ rəsmisinin sözlərinə görə, onlar bundan sonra da Ukrayna rəhbərliyindən qanunlara riayət etməyə, həmçinin beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağıracaq.


Teqlər:  





Xəbər lenti