Yəmənlə bağlı qorxunc proqnoz-Milyonlarla insan öləcək

Yəmənlə bağlı qorxunc proqnoz-Milyonlarla insan öləcək
  01 Yanvar 1970    Oxunub:5665
“Səudiyyə Ərəbistanın rəhbərliyinin silahlı qüvvələri tərəfindən Yəmənin mühasirəsi kütləvi aclığa və milyonlarla insanların ölümünə səbəb olacaq".
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok deyib.

Onun sözlərinə görə, BMT missiyasının ölkəyə uçuşlarını bərpa etmək və ölkənin hər bir tərəfinə hümanitar və kommersiya tədarükünü həyata keçirmək lazımdır.

Loukok hesab edir ki, addımlar atılmasa, Yəməni dünyanın bir çox onillikləri ərzində görmədiyi və milyonlarla insanın ölümünə səbəb olacaq ən böyük aclıq gözləyir.

Aytən Zəhra
AzVision.az




Teqlər: BMT  





Xəbər lenti