Bayrağımızı alçaldanlar

Bayrağımızı alçaldanlar
  04 Mart 2013    Oxunub:2060
İradə CƏLİL

Hər bir dövlətin yarandıqdan sonra atdığı ilk addım bayraq seçimidir. Bayraq hər bir xalqın simvoludur. Əvvəllər bayraq müqəddəs idi. Bayrağa and içir, bayrağı öpüb göz üstünə qoyardılar. Vətən uğrunda ölən şəhidlərimizin cənazəsi üzərinə bayraq çəkib gətirərdilər ki, övladınız bu bayrağın təmsil etdiyi ölkə üçün canından keçib. Bayraq vətənpərvərlik rəmzi idi.
Uzun müddətdir bəzi insanların 100 illik tarixə malik olan bir bayrağı alçatdıqlarının şahidi oluruq. Əvvəlcə bayrağımızı müxtəlif ölkələrdə tərsinə, başıaşğı asmağa başladılar.

Daha sonra müğənni Aybəniz Haşımovanın qızı tərsinə sarıldığı bayraqlarla poza verərərək, özünü sosial şəbəkələrdə reklam etməyə çalışdı.

Sonra bu da azmış kimi, kişicik stilist Samiralda bayraqdan özünə örpək düzəltdi.

Amma Azərbaycan bayrağını alçaldanları bu qane etmirdi. Bayraq bir qədər də alçadılmalı idi. Alçaldıldı da. Bayraqdan paltar tikməyə başladılar özlərinə. Layiq oldu-olmadı, hərə bir bayraq keçirdi əyninə... Yalançı vətənpərvərliklərini bayrağın hesabına nümayiş etdirməyə başladılar. Alçaltdılar, əzdilər Azərbaycan bayrağını.
Daha ona müqəddəslik rəmzi kimi deyil, əski parçası kimi baxmağa başlamışdılar.

İndi hansı sayta baxırsan, Aygün, Aynişan, Nigar, daha nə bilim kim əyninə bayraq geyinir. Guya ki, bunlar vətənpərvərlik ilahəsidirlər. Amma düşünürəm ki, Rəsulzadənin dediyi kimi olmalıydı... Bir kərə yüksələn bayraq kiçik insanların əyninə keçəcək qədər enməməliydi. Çünki hər şeydən əvvəl, bayraq Azərbaycanın simvolu, dövlətçiliyin atributudur. Çox istərdim ki, Azərbaycan bayrağının toxunulmazlığı barədə qərar verilsin, belə kiçik vasitələr üçün istifadəsinə qadağa qoyulsun.

Yeri gəlmişkən, siz heç Türkiyə bayrağından paltar geyinmiş birini gördünüzmü? Mən görmədim. Türklər bayraqlarını hər zaman ya şəhid cənazəsinə örtər, ya da başları üstə qaldırırlar. Biz isə... Utanın yalançı vətənpərvərliyinizdən...


Teqlər:





Xəbər lenti