`Ctrl+Alt+Del` səhvən yaranıb

`Ctrl+Alt+Del` səhvən yaranıb
  27 Sentyabr 2013    Oxunub:1246
"Ctrl+Alt+Del" klavişlər kombinasiyasından istifadə qərarı səhv olub
"Microsoft"un keçmiş direktoru Bill Qeyts hər zaman olduğu kimi bu dəfə də maraqlı çıxış edib. Harvard Universitetində müsahibə zamanı o etiraf edib ki, sistemə giriş üçün "Ctrl+Alt+Del" klavişlər kombinasiyasından istifadə qərarı səhv olub.

"itc" yazır ki, tədbir zamanı aparıcı Bill Qeytsdən soruşub ki, bu kimin ideyası olub və yaradıcı nəyə əsaslanıb? Bill dərhal cavab verib ki, bu qərar səhv olub. Gözlənilməz etiraf zalda gülüş doğurub.

"İlk öncə biz sistemə giriş əməliyyatı üçün bir düymədən istifadə etmək istəyirdik, lakin "IBM" klaviaturasının dizaynına görə məsuliyyət daşıyan gənc bizim ideyamızı qəbul etmədi" – Qeyts deyib.

Xatırladaq ki, kompüterin yenidən yüklənməsi üçün nəzərdə tutulmuş sözügedən klaviş kombinasiyasını "IBM PC" kompüterinin yaradılması üzərində işləyən mühəndis Devid Bredli fikirləşib. Sonralar cənab Bredli deyib ki, bu kombinasiyanı o fikirləşsə də, onu bütün dünyada tanıdan Bill Qeyts olub.

AzVision.az


Teqlər:





Xəbər lenti