İran 14 jurnalisti azad etdi

İran 14 jurnalisti azad etdi
  04 Mart 2013    Oxunub:1863
İran “Qərblə əlbir” olmaqda ittiham olunaraq həbs edilən 14 jurnalisti azad edib.
AzVision.az-ın məlumatına görə, bu haqda xəbəri “Associated Press” yayıb. İran hakimiyyəti liberal nəşrlərə işləyən və “Qərblə əlbir” olmaqda ittiham olunan jurnalistlər zaminə buraxılıblar.

Qeyd edək ki, yanvarın 14-də həbs olunan mətbuat nümayəndələri BBC agentliyi tərəfindən yaradılan “iri Qərb casus şəbəkəsi”nə işləməkdə şübhəli bilinirlər.

İran hakimiyyəti BBC-nin rəhbərlik etdiyi casus təşkilatını 2009-cu ilin yayında xalq çıxışlarının hazırlamaqda ittiham edir. Məlumata görə, hazırda İranda ən azı 31 jurnalist həbsdədir.

Azvision.az



Teqlər:  





Xəbər lenti