Rüstəm İbrahimbəyovun planı alt-üst oldu

Rüstəm İbrahimbəyovun planı alt-üst oldu
  04 Mart 2013    Oxunub:2088
Rusiya “üçüncü qüvvə”dən üz döndərdi
Ziyalılar Forumunun təsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun irəli sürdüyü yeni “El” hərəkatı, göründüyü kimi, müxalif düşərgədə də müsbət qarşılanmadı. Yeni hərəkatda müxalifətin aparıcı qüvvələrinin təmsil olunacağı bildirilsə də, gözlənilən plan baş tutmadı. Qarşıdan gələn prezident seçkilərinə hesablanan hərəkatın siyasi müstəvidə “üçüncü qüvvə” kimi qələmə verilməsi məsələnin kökündə xarici dəstəyin, antimilli maraqların olmasından xəbər verir.

Xüsusən də, Rüstəm İbrahimbəyovun Rusiyada yaşayan azərbaycanlıların rəsmi Moskvanın təsiri altında yaratdığı “Milyaderlər İttifaqı”nda təmsil olunması “üçüncü qüvvə” ideyasının haradan qaynaqlandığını açıq-aşkar ifşa etdi.

Gürcüstan prezidenti Mixail Saakaşvilin “Rusiyanın göstərişi ilə Azərbaycanda dövlət çevrilişi hazırlanır”-deyə verdiyi bəyanat da deyilənləri bir daha sübut edir. Hətta, Rüstəm İbrahimbəyov və tərəfdarlarının irəli sürdüyü “El” hərəkatı ideyasının kökündə Rusiyanın hazırladığı iyrənc çevriliş planının əsas “sima”larından olan “Azərros”-un keçmiş prezidenti Söyün Sadıqovun durması iddiası qaçılmazdır. Gürcü prezidentin Tiflisdə verdiyi mesajlar Rusiyanın Azərbaycanda gerçəkləşdirmək istədiyi çirkin oyunu bütün çılpaqlığı ilə ortaya çıxardı.

Ekspertlər də Saakaşvilinin bəyanatını şərh edərkən Rusiyanın çevriliş planını “üçüncü qüvvə” adı altında reallaşdırmaq istədiyini istisna etmirlər.
Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azvision.az-a açıqlamasında baş verən hadisələrdən Rusiyanın “El” hərəkatını və onun lideri Eldar Namazovu dəstəkləməyəcəyini bildirib.

“Üçüncü qüvvə xarici himayədarların təsiri altında olan qüvvə deməkdir. Eldar Namazov müxalifət dəstəsində olan adamdır. Onun nə üçün üçüncü qüvvəyə çevrilməsini deyə bilmərəm. Amma indiki durumda Azərbaycanda yeni bir qüvvənin meydana çıxması real görsənmir. Bütün müxalif qüvvələ bir araya gəlsəydi bəlk də müəyyən gec ortaya qoymaq olardı. Rusiyapərəst qüvvələrin Eldar Namazovu dəstəkləməsi inandırıcı deyil. Hadisələr inkişaf etdikcə kimin hansı tərəfdə olduğu məlum olacaq”,- deyə ADP sədri münasibət bildirib.

S.Cəlaloğlu hesab edir ki, “üçüncü qüvvə” “Milyarderlər İttifaqı” ilə əlaqəsi olan insanlar arasında çıxa bilər.

Araz İsmayıloğlu


Teqlər:  





Xəbər lenti