Prezident açılış etdi

Prezident açılış etdi
  04 Mart 2013    Oxunub:1481
İlham Əliyev müəssisənin açılışında iştirak edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edib.

Azvision.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi ilə tanış olub.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə prezidentə məlumat verib. Bildirilib ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılıb.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb.
Dövlət başçısı müəssisənin ayrı-ayrı sexlərində olub. Prezident İlham Əliyev “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzib, yaradılan şəraitlə yaxından tanış olub.


Teqlər:





Xəbər lenti