Həmsədrlər Bakıya gəlir

Həmsədrlər Bakıya gəlir
  04 Mart 2013    Oxunub:1731
Həmsədrlər “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyalar təklif edəcək.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) yaxın vaxtlarda regiona səfər edəcəklər.

Həmsədrlər “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyalar təklif edəcəklər. Onlar Bakıda bir sıra görüşlər keçirəcəklər. Həmsədrlərin Xarici işlər naziri Elmar

Məmmədyarov və prezident İlham Əliyevlə görüşü planlaşdırılır.
Xatırladaq ki, martın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Yan Kelli, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatçılıq ifadə edilib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sonuncu dəfə Azərbaycana noyabrın 26-da səfər edib.

AzVision


Teqlər:  





Xəbər lenti