Gülər Əhmədovanın həyat yoldaşından lətifə

Gülər Əhmədovanın həyat yoldaşından lətifə
  05 Mart 2013    Oxunub:1551
“Gülər xanım da dedi ki, o jurnalistlərin “tapdığı” bütün əmlakı onu tapana hədiyyə edirəm”
“Mollanın gündə iki yumurta yumurtlayan bir toyuğu olur. Günlərin bir günü bazara gedərkən qonşusu onun qabağını kəsir ki, ay molla, eşitmişəm sənin toyuğun 4 yumurta yumurtlayır. Molla heç nə demir və başını aşağı salıb yoluna davam edir. Qabaqda da onun qabağını kəsib soruşurlar ki, deyirlər sənin toyuğun gündə 20 yumurta yumurtlayır. Nəhayət bazarda söhbət yayılır ki, mollanın toyuğu bir gendə 80 yumurta yumurtlayır. Axırda bir nəfər gəlir ki, ay molla, şah səni saraya çağırır. Mollanı şahın hüzuruna gətirirlər və şah soruşur ki, eşitmişəm sənin bir toyuğun var, gündə yüz yumurta yumurtlayır. Molla daha dözməyib deyir ki, şah sağ olsun, özün neçəsini üstünə qoymusan?“

Bu lətifəni Moderator.az-a müsahibə verən Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov sabiq millət vəkilinin əmlakına dair verilən sualı cavablandırarkən danışıb:“Deməyim odur ki, siz jurnalistlər hərəniz birini üstünə qoyanda bəlli olur ki, Azərbaycanın yarısı bizim imiş, xəbərimiz yox. Bizim əmlakımızdan eninə - boyuna yazanlara deməyim odur ki, bizim adımıza çıxardıqları bütün əmlakı onlara bağışlayıram. Gülər xanım da dedi ki, o jurnalistlərin “tapdığı” bütün əmlakı onu tapana hədiyyə edirəm. Gəlin etiraf edək ki, bu qədər də yalan – palan olmaz da, bunu yazanlar və yazdıranlar Allahdan qorxmurlarmı? Gülər Əhmədovanın əmlakının siyahıya alınması barədə mətbuatda gedən məlumatların da hamısı yalan və uydurmadır. Çünki Gülər Əhmədova hazırda təqsirləndirilən şəxs qismində dindirilir. Əmlakın siyahıya alınması isə o vaxt aparılır ki, təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirilir və əmlakın müsadirəsinə ehtiyac duyulduğu barədə məhkəmə qərar çıxarır“.


Teqlər:  





Xəbər lenti