60-dan çox yeni heyvan növü aşkarlanıb

60-dan çox yeni heyvan növü aşkarlanıb
  07 Oktyabr 2013    Oxunub:2381
Cənubi Amerikanın şimal şərqində, Surinama meşələrində alimlər 60 növ yeni heyvan növü kəşf edib.
AzVsison.az xarici mətbuata istinadən xəbər verir ki, üç həftəlik ekspediyası dövrü ərzində mütəxəssislər 6 yeni qurbağa, 11 yeni balıq və onlarla yeni böcək növü aşkarlayıb. Kəşflər barəsində daha dəqiq məlumatlar bir müddət sonra veriləcək.

Ekspedisiyanın gedişatına daşqın mane olub və alimlər düşərgəni tərk etmək məcburiyyətində qalıb.

Alimlər meşənin insan ayağının dəymədiyi Braziliya ilə sərhəddi boyu araşdırma aparıblar. Sivilizasiyadan kənar yerlərdə olmalarina baxmayaraq mütəxəssislər çayların birinin suyunda yüksək səviyyədə civə aşkarlayıb.

`Bundan belə qənaətə gəlmək olar ki, dünyanın hətta kənarlaşmış və əl dəyməmiş yerləri belə insan təsiridən sığortalanmayıb` deyə ekspedisiya iştrakçısı qeyd edir.


Teqlər:  





Xəbər lenti