Ermənilər Amerikaya qarşı

Ermənilər Amerikaya qarşı
  05 Mart 2013    Oxunub:1460
Ermənistanda ABŞ-a qarşı etiraz aksiyası keçirilir
Ermənistan müxalifəti Amerika Birləşmiş Ştatlarınına qarşı etiraz aksiyası keçirib. Buna səbəb isə, ABŞ prezidenti Barak Obamanın Ermənistan prezidenti Serj Sarkisyanı ikinci dönəmə prezident seçilməsi münasibətilə təbrik etməsi olub.

Amerika səfirliyi qarşısında toplaşan fəallar "Obama kimi təbrik etməli olduğunu erməni xalqından soruşmalıdır", "Bizdən inanmağımızı istədiniz, lakin dəyişmədiniz" kimi şüarlarla çıxış ediblər.

"İrs" partiyasından olan müxalifət lideri Raffi Hovanisyan isə, Amerika səfiri Con Hefernə yazdığı məktubunda prezident seçkilərinin saxtalaşdırıldığını və buna qarşı etirazların hələ ki, davam etdiyini bildirib. Onun sözlərinə görə, Obama Sarkisyanı təbrik etməklə seçkilərin nəticələrinin tanınmasına işarə etmək istəyir.


Teqlər:





Xəbər lenti