Xankəndi aeroportunun nə vaxt açılacağı məlum oldu
Bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri Karen Mirzoyan “Exo Moskvi” radiostansiyasına müsahibəsində deyib.
Mirzoyan konkret tarix açıqlamasa da ötən ilin sonlarında Xocalı aeroportunun fəaliyyətinin bərpası ilə işlərin yekun mərhələyə daxil olduğunu vurğulayıb.
“Konkret tarix deyə bilməsəm də onu qeyd etməliyəm ki, burada məqsəd texnogen təhlükələrdən mümkün olan qədər qaçmaqdır. Aeroport sərnişinlərin maksimal təhlükəsizliyini təmin etməlidir. Bütün şərtlər təmin olunduqdan sonra isə aeroportun normal fəaliyyəti bərpa olunacaq",- deyə Mirzoyan bildirib.