Baş nazirlər görüşdü

Baş nazirlər görüşdü
  05 Mart 2013    Oxunub:2190
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Antonio Samarasla görüşüb.
Dolmabaxça sarayında bağlı qapılar arxasında keçən görüşdən sonra mətbuat qarşısına çıxan tərəflər görüşün təfərrüatları barədə məlumat veriblər. Bildirlib ki, danışıqlarda əsasən iqtisadi məsələləri və terrorla mübarizə yollarını müzakirə ediblər. Samaras iki ölkə arasında bəzi fikir ayrılıqlarının olduğunu etiraf etsə də, bu problemlərin dialoq yolu ilə tədricən aradan qalxdığını bildirib.

Terrorla mübarizə yolları barədə danışan Ərdoğan isə bu məsələdə iki ölkənin güc strukturlarının daima əlaqəli çalışacağına ümidvar olduğunu deyib. Müzakirə edilən digər vacib məsələnin Kipr məsələsi olduğu da qeyd olunub. Hər iki baş nazir adadakı problemlərin tarixə qovuşdurulacağına dair inam ifadə edib.


Teqlər:  





Xəbər lenti