İran yeni AES tikəcək

İran yeni AES tikəcək
  05 Mart 2013    Oxunub:1601
Bu işdə İrana Rusiya və Qərb mütəxəssisləri kömək edəcək
İran gücü 360 meqavat olan yeni AES tikməyi planlaşdırır. İslam Respublikasının Atom enerjisi təşkilatının rəhbəri Firidun Abbasi bildirib ki, bu stansiyada quraşdırılacaq sentrifuqalar əvvəlkilərdən məhsuldarlığı ilə seçiləcək. Belə ki, bu stansiyada qısa zaman ərzində uranı 5 faiz zənginləşdirmək mümkün olacaq. Abbasi AES-in tikintisində Rusiya ilə yanaşı bir sıra Qərb ölkələrindən gələn mütəxəssislərin də əməyindən istifadə ediləcəyini qeyd edib.
İranlı nazirin açıqlamalarına narahatlıq dolu bəyanat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sədri Yukiya Amanodan gəlib. O bildirib ki, Tehran hələ də nüvə tədqiqatlarının dinc məqsədlər üçün istifadə ediləcəyini sübut etmədiyi üçün bu tip araşdırmalar onlarda narahatlıq doğurur. Amano həmçinin İranın bu günə qədər əldə etdiyi uranın dinc məqsədlər üçün istifadədən çox yuxarı olduğunu deyib. Parçin hərbi bazası barədə fikirlərini bölüşən yapon dipıomat buranı ən təhlükəli bölgə adlandırıb.
Amano iddia edib ki, Parçində artıq nüvə silahının düzəldilməsi işləri aparılır. Buna görə də qurumun müfəttişləri bazaya buraxılmır.

AzVision.az


Teqlər:





Xəbər lenti