ABŞ İranla müharibəyə başlayır

ABŞ İranla müharibəyə başlayır
  05 Mart 2013    Oxunub:1396
İranın Nüvə proqramı ətrafında gərginlik davam edir.
İran İslam Respublikası nüvə tədqiqatlarına birmənalı şəkildə son qoymalıdır. Əks təqdirdə ABŞ Tehranla müharibəyə başlayacaq. Birləşmiş Ştatların vitse-prezidenti Jo Bayden Amerika-İsrail komitəsinin illik toplantısında çıxış zamanı belə deyib.
"Vaşinqton müharibə arzulamır. Amma belə gedərsə, müharibə qaçılmaz olacaq"-deyə Bayden bildirib.
Baydenin sərt bəyanatlar səsələndirdiyi bir vaxtda Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Dövlət katibi Con Kerri İranla bağlı məsələnin diplomatik yolla həll variantının tükənmədiyini deyib. Kerri bildirib ki, əgər Tehran danışıqlar masasına əyləşməyi planlaşdırırsa, Vaşinqton bu təklifi məmuniyyətlə qarşılayacaq.


Teqlər:





Xəbər lenti