Gəmilər Şimal qütbündən keçəcək

Gəmilər Şimal qütbündən keçəcək
  05 Mart 2013    Oxunub:1447
Bu 2050-ci ildə mümkün olacaq.
Amerika alimlərinin proqnozlarına görə, əsrin ortalarına yaxın gəmilər Şimal qütbündən keçə biləcəklər. Bu barədə The Times qəzeti yazır.

Alimlərin sözlərinə görə Şimal qütbündə gəmi nəqliyyatının inkişafı buz qatının əriməsi nəticəsində mümkün olacaq. Buzların əriməsinin həmçinin böyük iqtisadi imkanlara yol açacağı da bildirilir.

Bununla yanaşı, Amerika alimləri Arktikanın unikal ekologiyasını, eləcə də gəmilərin təhlükəsizliyini qoruyub saxlamağın asan olmayacağını bildirilər.

AzVision.az


Teqlər:





Xəbər lenti