Braziliya hərbi mikropeyk hazırlayıb

Braziliya hərbi mikropeyk hazırlayıb
  13 Oktyabr 2013    Oxunub:1373
İsrailin “Elbit Systems” şirkətinin “AEL Sistemas” Braziliya bölməsi hərbi təyinatlı yeni mikropeykin hazırlanmasını bəyan edib. “MMM-1” adlandırlan kosmik aparat rabitə xidmətlərinin təmini və Yer səthinin müşahidəsi üçün nəzərdə tutulub.
Azvsison.az Lenta.ru-ya istinadən xəbər verir ki, “MMM-1”in (Microsatellite Military Multimission, - çoxməqsədli hərbi mikropeyk) çəkisi cəmi 9 kiloqram, diametri 30 santimetr təşkil edir. Peykin hazırlanması Braziliya İnnovasiya Tədqiqatları və İşləmələri Agentliyinin (FINEP) dəstəyi ilə aparılır. Layihənin maliyyələşdirmə dəyəri 43 milyon Braziliya realı (19,5 milyon dollar) təşkil edir. Bu vəsaitin bir qismini mütəxəssislər komandasına “FINEP” ödəyib.

Texniki xüsusiyyətləri hələlik açıqlanmayan “MMM-1”in yaradılması layihəsində “AEL Sistemas” ilə yanaşı, Riu-Qrandi-du-Sul ştatının bir neçə universiteti, eləcə də hərbi mütəxəssislər iştirak edir. Qüvvədə olan qrafikə əsasən, “MMM-1” tipli ilk peykin 2015-ci ilin dekabrında orbitə çıxarılması planlaşdırılır. Peyk Maranyan ştatında yerləşən “Alkantara” kosmodromundan buraxılacaq.

Hazırda Braziliya hərbi təyinatlı kosmik aparatlar istehsal etməsə də, 1990-2000-ci illər arası orbitə “SCD” (tam Braziliya istehsalı) və “CBERS” (Çinlə birgə istehsal) tipli peyklər çıxarıb. Bu gün orbitdə hər iki tipdən 2 peyk olmaqla 4 peyk fəaliyyət göstərir.


Teqlər:





Xəbər lenti