İranda “Qardaş andı” şeirlər kitabı Azərbaycan dilində çapdan çıxdı

İranda “Qardaş andı” şeirlər kitabı Azərbaycan dilində çapdan çıxdı
  14 Oktyabr 2013    Oxunub:2963
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, İranın ədəbi mühitində özünəməxsus yazı üslubu ilə nüfuz qazanan şair Səhənd Bulud Qaraçorlunun “Qardaş andı” kitabı əski əlifba ilə Azərbaycan dilində çapdan çıxıb.
Tədqiqatçı Səid Muğanlı tərəfindən çapa hazırlanmış 1073 səhifəlik kitaba şairin bu vaxtadək dərc olunmuş və əlyazma şəklində qorunmuş bütün şeirləri daxil edilib. Üç bölmədə, nəfis tərtibat və yüksək poliqrafiya ilə nəşr edilmiş kitabda şairin duyğuları, Vətəninə və xalqına tükənməz sevgisi, nəcib hisləri tərənnüm edilir.


Teqlər:





Xəbər lenti