Bolqarıstanda etirazlar davam edir

Bolqarıstanda etirazlar davam edir
  05 Mart 2013    Oxunub:2194
Etirazçılar yeni parlament formalaşdırılmasını tələb ediblər
Bolqarıstanda hökumətin istefasından sonra da etirazları davam etdirən əhali indi də oturaq aksiyaya keçib. Sofiya universiteti qarşısında çadır quran mitinqçilər yeni parlament formalaşdırılmasını tələb ediblər. Onlar Varna bələdiyyə sədrinin istefaya getməsini də istəyiblər. Çünki aksiyaçılar hesab edir ki, bələdiyyə binası qarşısında polisin müdaxiləsindən sonra qarşıdurmalarda yaralanan həmvətənlərinin ölümünə məhz sədrin verdiyi əmr səbəb olub.
Xatırladaq ki, aksiyalarla bağlı Boyko Borisov hökuməti fevralın 20-də tam tərkibdə istefaya gedib.


Teqlər:





Xəbər lenti