Magistr imtahanı verənlərin xeyrinə

Magistr imtahanı verənlərin xeyrinə
  05 Mart 2013    Oxunub:1461
Magistraturaya imtahan verən bakalavrlar üçün Apelyasiya Komissiyası yaradıldı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinin magistratura səviyyəsinə imtahan vermiş bakalavrlar üçün Apelyasiya komissiyası yaradılıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün qəbul imtahanının martın 3-də keçirilmiş birinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası sabahdan fəaliyyətə başlayır.
Bakalavrlar Apelyasiya komissiyasına martın 7-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
AzVision.az


Teqlər:  





Xəbər lenti