Hər şey martın 10-da bəlli olacaq

Hər şey martın 10-da bəlli olacaq
  06 Mart 2013    Oxunub:1473
İrəvanın Azadlıq meydanında həlledici mitinq keçiriləcək
Keçmiş Ermənistan prezidentliyinə namizəd, “İrs” partiyasının lideri Raffi Ovanisyan martın 10-da İrəvanın Azadlıq meydanında növbəti “həlledici” mitinq keçirməyi planlaşdırır. O, həmçinin martın 8-də Beynəlxalq qadınlar günü münasibəti ilə də mitinq keçirməyi planlaşdırır.

Raffi Ovanisyan bu günkü aksiyada martın 10-na planlaşdırılmış mitinqdə yaşından asılı olmayaraq bütün xalqı iştirak etməyə dəvət edib. O martın 8-nə təyin olunmuş bayram mitinqini gələcək uzun mübarizəyə hazırlıq mərhələsi kimi qiymətləndirib.

Ovanisyan çıxışında İrəvanın Ağsaqqallar şurasına (paytaxt parlamenti) mayın 5-nə təyin olunmuş seçkilərin əhəmiyyətini də qeyd edib. “Mayın 5-də xalq İrəvanda hakimiyyəti ələ keçirərək onu xalq paytaxtı edəcək və bu hadisə bizim mübarizəmizin indiki mərhələsində mühüm qələbə olacaq. Mayın 5-dək biz hələ aprelin 9-da da qalibiyyətli kütləvi aksiya keçirəcəyik”, deyə Ovanisyan.

Bundan əvvəl müxalifət ölkə prezidentinin andiçmə mərasimi günündə Azadlıq meydanında Ovanisyanın xalq inauqurasiyasını keçirəcəyini bəyan edib.


Teqlər:  





Xəbər lenti