İraqda terror əsdirdilər

İraqda terror əsdirdilər
  06 Mart 2013    Oxunub:1509
Avtomobil stadion yaxınlığında partladılıb.
İraqda törədilmiş bir neçə terror aktı nəticəsində ən azı 15 nəfər ölüb, 40-dan çox adam isə yaralanıb. Ria-Novostinin xəbərinə görə, partladıcı quraşdırılmış avtomobil Xan Bani Səəd şəhərində stadion yaxınlığında partladılıb, nəticədə 3 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.
Agentliyin xəbərinə görə, paytaxtın cənubunda yaraqlılar kənd təsərrüfatı nazirliyinin əməkdaşı daxil olmaqla daha iki nəfəri qətlə yetirib.
Qeyd edək ki, Kərkük şəhərində də iki avtomobil partladılıb, nəticədə 5 polis əməkdaşı ölüb, daha 18 nəfər isə (polis əməkdaşları daxil olmaqla) yaralanıb.

AzVision




Teqlər:  





Xəbər lenti