Kanadada Azərbaycan film festivalı keçiriləcək

Kanadada Azərbaycan film festivalı keçiriləcək
  18 Oktyabr 2013    Oxunub:1168
Oktyabrın 20-də Kanadanın Vankuver şəhərində Azərbaycan film festivalı keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyi məlumat yayıb. Məlumata görə, ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd Kanada ictimaiyyətini Azərbaycan filmləri ilə tanış etməkdir. Festival çərçivəsində həm SSRİ, həm də müstəqillik əldə etdiyimiz dövrdən sonra çəkilən bir sıra filmlər nümayiş etdiriləcək.

Qeyd edək ki, festival Britaniya Kolumbiyası əyalətində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunur.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti