Brilyov hadisələri Qərb mətbuatında

Brilyov hadisələri Qərb mətbuatında
  19 Oktyabr 2013    Oxunub:2023
AzVision.az xəbər verir ki, Brilyov hadisələrində qərb izləyiciləri bir şeyi başa düşmür. ABŞ-dən fərqli olaraq Rusiyada ölkəyə girişi belə qadağan etmədən, siyasətçilər gəlmələri təhqir edir, kütləvi rassist iğtişaşları yaradanlar isə `özünə görə yaxşı oğlan` elan edilir. Qərb mətbuatı yazır ki, Putin stabilliyinə geylər və qeyri-kommersiya təşkilatları yox, millətçilər təhdiddir.
Brilyov hadisələri onu göstərir ki, Rusiyanın çox ciddi problemləri var- deyə Yuliya İoffe ` New Republic`in əməkdaşı yazır. Rusiya qeyri leqal gəlmələr üzrə təkcə ABŞ-dən geri qalır. İkincidən fərqli olaraq Rusiya onların ölkəyə girişin heç bağlamaq belə fikrində deyil. Amerikada olduğu kimi qeyri leqallar burda bərbad şəraitdə yaşayır. Amma bunlardan daha əsas problem budur ki, onların burda yerli əhali tərəfindən xoşlanmamağı iqtisadi yox milliyətçi xarakter daşıyır.

İoffe qeyd edir ki, Şimali Qafqazdan gələnlər burda olan slavyan çoxluqdan fərqli olaraq dərilərinin qara olması və müsəlman olmaları yerlilərin xoşuna gəlmir. Sakit günlərdə sadəcə bu faktlar ucbatından rassist yönlü lağ və qınaq obyekti olan gəlmə qafqazlı və asiyalılar, pis günlərdə daha pis sıxıntı ilə rastlaşırlar – deyə məqalədə bildirilir.

`The Washington Post`un müxbiri Uill İnqland isə yazır. Brilyovda dəmir-beton panellər istehsal edən zavod, piyvə zavodu, `Kreker` yeyinti kombinatı və şəhərin ən böyük topdansatış meyvə bazarı mövcuddur. Bu müəssisələrdə mindən çox Qafqaz dağlarından cəlb olunan miqrant işləyir. Brilyovda yaşayan etnik ruslar isə özgələrdən nifrət edirlər. Onlar yerli polis və ticarətçilərin gizli danışıq aparmaları və bunun ucbatından burda minlərlə gəlmənin olmasın qəbul edə bilmirlər.

Berliner qəzetinin müxbiri Zeytunq Kristian Eş isə `Rusiya reallığı məhəl qoymur` deyə məqalə dərc edib. Məqalədə deyilir: `Qəzəbli kütlə Moskva ətrafında gedərək, ksenofob şüarlarla miqrantlara məxsus mağazaları talan edir, yoldan keçənləri döyür. Bu hall Berlin və ya Frankfurtda olsaydı biz siyasətçilərdən anlaşılmazlıq, heyrət və sakitləşmə sözlərin eşidərdik. Moskvada isə siyasətçilərdən Brilyovdakı zorakılığa qarşı sükut və hətta az da olsa razılıq sezilir – deyə Eş qeyd edir.

Hətta Aleksandr Navalnıy Liberal orta təbəqənin sevimlisi bu haqda məyusluğunu qeyd etmədi. Bunun əvəzinə Brilyov partlayışın rüşvətxor Putin bürokratiyasının təbii nəticəsi kimi qələmə verdi və Orat Asiya respublikalarından gələnlərə qarşı viza rejiminin tətbiqi petisiyasını irəli sürdü.

International New York Times bloqunda isə Maşa Qessen belə yazır: `Moskva merliyi seçkilərində iki əsas rəqib Sobyanin və Navalnıy bir məslədə həmfikir oldu: hər ikisi bütün şəhər problemlərində eləcədə cinayətkarlıqda miqrantları günahkarlandırdı. Lakin prokrorluğun hesabatına görə xaricilərin cinayəti bütün ölkədə 3 faiz təşkil edir. Hər bir halda moskvalılar özlərin təhlükədə hiss edir və vəziyyəti əllərinə almaq istəyir, hökümət isə bu məsələdə onlara dəstəkdir`- deyə Qessen sonda bildirir.


Teqlər:  





Xəbər lenti