Smartfonlar kəşfiyyata `işləyir`

Smartfonlar kəşfiyyata `işləyir`
  20 Oktyabr 2013    Oxunub:2079
Eks-kəşfiyatçı Snoudenin dinləmələrindən sonra məlum olub ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) smartfonların operasiya sisteminə müdaxilə edir.
AzVision.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaş `AİF` (Arqumentlər və Faktlar rus.) qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ güc qüvvələrinin hər hansı bir işçisi ona lazım olduqda istənilən smartfona qulaq asa, ordakı məlumatları endirə, telefon kitabşasın köçürə bilər. Onun dediyinə görə belə smartfonların birdən-birə məşhurlaşması elə ABŞ gizli xidmətinin təşəbbüsüdür. Bu onlara öz isdəkilərin etməyə imkan verir.

Rusiya Federasiya Şurası (FŞ)artıq bu yöndə araşdırmaya başlayıb. Onlar bilmək istəyirlər ki, bu cür smartfonlar vasitəsilə Rusiya vətəndaşlarının danışıqları dinlənilə bilərmi?

Ria Novosti senator Ruslan Qəttarovun işçi qrupunun rəhbərinə istinadən xəbər verir ki, bu günlərdə `Böyük dörtlük` adlanan rusiyanın əsas telefon şirkətlərinin nümayəndələri bu məqsədlə FŞ-yə gələcək. Onlar müəyyənləşdirməlidirlər ki, rusiya smartfon istifadəçilərinin səsinə qulaq asmaq mümkündür ya yox.

Bu günlərdə Brazilya mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş kəşfiyatçısı Edvard Snoudenə istinadən yazılıb ki, Amerika Rusiyanın bir çox danışıqlarına və internet trafikinə nəzarət edir.

Braziliya mətbuatı yazır ki, Rusiya, Braziliya, Meksika və Avstraliya dinləmələrdə orta yer tutur. Əsas dinlənən ölkələr Əfqanistan, İran, İraq, Səudiyyə və Pakistandır.

Qəttarov bildirib ki, `Böyük dörtlük`lə əməkdaşlığımız elə bu məsələnin mümkünlüyün öyrənmək, əgər həqiqətən də dinləmələr varsa qarşısın alınması işlərini görmək məqsədi güdür.


Teqlər:  





Xəbər lenti