Morninqstar köçkünlərlə görüşdü

Morninqstar köçkünlərlə görüşdü
  06 Mart 2013    Oxunub:1523
ABŞ səfiri tələbə yataqxanasında məskunlaşan məcburi köçkünlərə baş çəkib
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar paytaxtda məskunlaşan qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub. Daha sonra səfir Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün tikilən doqquzmərtəbəli yaşayış binaları kompleksinə gedib. Qeyd olunub ki, burda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdirilib.

Burada Zəngilan şəhər 4 nömrəli orta məktəbi üçün tikilən bina ilə tanış olan diplomata ermənilərin qədim Azərbaycan torpaqlarına təcavüzü haqqında məlumat verilib. Səfir Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınan məhəllədə də olub.

Məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə tanış olan diplomata bildirilib ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılib. Səfir qaçqın və məcburi köçkünlər üçün bu cür şəraitin yaradılmasını yüksək qiymətləndirib.


Teqlər:





Xəbər lenti