Konfliktə qarşı dərman ixtira olundu

Konfliktə qarşı dərman ixtira olundu
  23 Oktyabr 2013    Oxunub:1434
Azvision.az–ın “American Psychologist” jurnalına istinadən verdiyi məlumata görə, Massaçusest universitetinin alimləri konfliktlərin həlli yolunu tapdıqlarını iddia ediblər.
Tədqiqatçıların fikirlərinə görə, konfliktlərin yaranması heç də iqtisadi və siyasi səbəblər ucbatından baş vermir. Bunların hər biri psixoloji qanunlarla bağlıdır. Hər cür münaqişəni öyrənən alimlər belə qənaətə gəliblər ki, müxtəlif dərmanlar vasitəsilə insan psixikasına təsir etmək olar. Bununla da insan beynində müharibənin yaranmasına səbəb olacaq nöqtələri neytrallaşdırmaq mümkündür.

Alimlər fikirləşirlər ki, belə bir nəticə ilə onlar siyasətçilərin konfliktlərdən qaçmaq mümkünsüzdür çıxışlarını tamamilə alt-üst etmək imkanına sahibdirlər.

“Biz müharibə qaçılmazdır fikrinə qarşı çıxış edirik və təsdiq edirik ki, konfliktin psixoloji köklərini araşdırmaqla biz münaqişələrin digərləri ilə həllində güc tədbiqindən istifadəni azalda bilərik”,- deyə tədqiqatın müəlliflərindən biri olan Bernard Leyner çıxış edib.


Teqlər:





Xəbər lenti