Nazirlik müsabiqə elan etdi
Müsabiqənin keçirilməsində məqsəd memarlığın inkişafı üçün yeni ideyaların aşkara çıxarılması, kompozisiya, həcm-məkan həllərinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.
Müsabiqə ictimai binaların memarlığı, yaşayış binalarının memarlığı, həyata keçirilmiş ən yaxşı interyer, həyata keçirilmiş ən yaxşı layihə, landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə, binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə, memarlıq sahəsində ən yaxşı nəşr nominasiyaları üzrə keçirilir.
Müsabiqənin nəticələri noyabrın 3-də Bakıda keçiriləcək mərasimdə elan ediləcək.
Nominasiyalar üzrə qaliblərə I yer üçün 4000 manat, II yer üçün 2500 manat, III yer üçün 1000 manat dəyərində pul mükafatı təqdim olunacaq.
Fatimə Kərimli