Nazir çörəyin qiymətindən danışdı

Nazir çörəyin qiymətindən danışdı
  06 Mart 2013    Oxunub:1401
Dövlət deyil, çörək istehsalçıları həyata keçirir
“Azərbaycanda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrində istehsal olunan çörəyin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas yoxdur”.
Bu sözləri kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.
Nazir vurğulayıb ki, rəhbərlik etdiyi qurum çörəyin qiymətinin formalaşmasına nəzarət etmir: «Ölkədə taxılın istehsal və idxal həcmləri bəllidir. Bu səbəbdən qiymət artımı üçün heç bir əsas görmürəm».

O, qeyd edib ki, bu sahədə qiymətlərin tənzimlənməsini dövlət deyil, çörək istehsalçıları həyata keçirir: « Bahalaşma varsa, bu suallar onlara ünvanlanmalıdır. Xammal necəyə başa gəlirsə, çörəyin qiyməti də buna uyğun tənzimlənir».


Teqlər:





Xəbər lenti