Norveçlilər süni günəş düzəltdi

Norveçlilər süni günəş düzəltdi
  26 Oktyabr 2013    Oxunub:1542
Norveçdə qaranlığı işıqlandıran nəhəng güzgülər quraşdırılıb.
İlin altı ayı ərzində günəş işığından məhrum olan Norveçin Pjukan şəhərini işıqlandırmaq məqsədi ilə günəş şüasını özündə toplayıb sonra əks etdirən nəhəng güzgülər quraşdırılıb.

AzVision.az xəbər verir ki, Skandinaviyada sərt keçən qış aylarında səmada günəş görünmədiyindən şəhər tamamilə qaranlığa bürünür. Şəhəri günəş şüasını özündə saxlayıb qaranlıq düşəndə əks etdirən müəyyən qurğunun hazırlanması ideyası ilk dəfə 1913-cü ildə yerli sənayeçiyə məxsusdur. Sahibkar qurğu vasitəsilə müəssisəsini işıqlandırmaq barədə çox düşünüb. Sentyabrdan mart ayına kimi qaranlıq keçən günləri günəş şüası vasitəsilə işıqlandırmaq barədə çox fikirləşsə də, sonda fikrindən daşınıb.

2005-ci ildə rəssam Martin Andersen sənaye sahibinin ideyasını reallaşdırmağa cəhd etsə də, onun ixtirası özünü doğrultmayıb. Digər tərəfdən onun irəli sürdüyü layihə həddindən artıq vəsait tələb edirdi.

Nəhayət şəhərin işıqlandırılması ideyası bu yay gerçəkləşə bildi. Vertalyotların köməkliyi ilə şəhərin mərkəzində 450 metr hündürlükdə nəhəng güzgülər quraşdırılıb. Bu güzgülər kompyuterin xüsusi proqramının köməyi ilə günəş şüasını toplayıb sonradan əks etdirməklə şəhəri müəyyən qədər işıqlandıra bilir.


Teqlər:  





Xəbər lenti