Çirkli hava xərçəng yaradır

Çirkli hava xərçəng yaradır
  26 Oktyabr 2013    Oxunub:2704
Beynəlxalq agentliyin mütəxəssisləri belə bir nəticəyə gəliblər
Dünya Səhiyyə Təşkilatına daxil olan xərçəng xəstəliklərinin öyrənilməsi üzrə beynəlxalq agentliyin mütəxəssisləri belə bir nəticəyə gəliblər. Agentliyin məlumatına görə, 2010-cu ildə çirkli hava dünya üzrə 220 mindən çox insanın ağciyər xərçənginə tutulmasına səbəb olub. Agentlik eyni zamanda ən çirkli havanın Hindistan və Çinin şəhərlərində müşahidə edildiyini qeyd edib. Avropa İttifaqı isə Avropa ölkələri arasında ən qorxulu vəziyyətin Bolqarıstan və Polşada hökm sürdüyünü bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti