Konsula hücum edildi

Konsula hücum edildi
  06 Mart 2013    Oxunub:1502
Universitetə gedən diplomatın maşınına tələbələr metal əşyalar atıb
Böyük Britaniyanın Rəmallahdakı konsulu Vinsent Fin İsrailin «Bir-Zeyt» universitetində bir qrup tələbənin hücumuna məruz qalıb. Rektorla Yaxın Şərq siyasətinə dair müzakirə aparmaq üçün universitetə gedən diplomatın maşınına tələbələr metal əşyalar atıb. Konsul xəsarət almasa da, avtomobilinin pəncərəsi qırılıb. Vinsent Finin universitetdə görüşləri təxirə salınıb və o, ərazidən uzaqlaşıb.


Teqlər:  





Xəbər lenti