Müğənnilərin futbol maçına giriş pulsuzdur

Müğənnilərin futbol maçına giriş pulsuzdur
  30 Oktyabr 2013    Oxunub:1665
Azərbaycanda ilk dəfə reallaşacaq müğənnilər və aparıcıların futbol oyununda tam heyət dəqiqləşdirilib.
Bu barədə AzVision.az-a açıqlamasında layihənin rəhbərlərindən biri Ramal Əsədzadə məlumat verib. Komandanların kapitanları R. Əsədzadə və layihənin digər rəhbəri Mehri Əliquliyevadır. Hər komandada 13 nəfər top uğrunda mübarizə aparacaq. R. Əsədzadənin komandasında əməkdar artist Almaz Ələsgərli, müğənnilər Yaşar Cəlilov, Lamiyə Novruzova, Xatun, Afaq Aslan, Əbdül Xalid, Aşıq Əli, meyxanaçı Vüqar Əbdülov, aparıcılar Kamran Quliyev, Günel Hümbətova, Anar Cəfərov, Vüsalə Şahvələdqızı və İlahə Nizamiqızı təmsil edilir. M. Əliruliyevanın komandasında müğənnilər faytonçu Nazim, Günel Məhərrəmova, Emil Bədəlov, Sevil-Sevinc bacıları, Səlim Abbasov, Qurd, Pərvin Lətifov, Nicat Məhərrəmov, Rüfət Axundov, aparıcılar Xanım Yadigarlı, Nərgiz Mahmudzadə, rəqqasə Oksana iştirak edir. R. Əsədzadənin sözlərinə görə layihə maraqla qaraşılanıb: “ Hətta mənə Azərbaycanın Acunu da deyirlər. Türkiyədə bir çox məşhur layihələrə imza atan Acun İlaclıya çox böyük hörmətim var. Onun kimi maraqlı layihələrə imza atmaq məni məmnun edir və stimul verir”.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq tanınmış simaların qatılacağı futbol oyunu noyabrın 15-də saat 19:00-da “Şəfa” stadionunda keçiriləcək. Giriş sərbəstdir.


Teqlər:  





Xəbər lenti