ABŞ-da Azərbaycanla bağlı qətnamə

ABŞ-da Azərbaycanla bağlı qətnamə
  07 Mart 2013    Oxunub:1381
ABŞ-ın İndiana ştatı Azərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib
ABŞ-ın İndiana ştatının Baş Assambleyası tərəfindən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığa dair qətnamə qəbul edilib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat verib.

Qətnamənin mətnində, Azərbaycanın müstəqillik əldə etdikdən sonra, 21 il ərzində ABŞ-ın həm regional, həm də qlobal arenada önəmli strateji tərəfdaşına çevrildiyi, ölkəmizdə 100-dən artıq amerikan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edilir.

Həmçinin, Azərbaycanın Şərqi Avropada ABŞ-ın ən önəmli müttəfiqlərindən biri olduğu, NATO-nun Əfqanıstanda apardığı “Terrorizmə qarşı müharibə” əməliyyatında Amerikanın sadiq dəstəkçisi olduğu bildirilir.


Teqlər:





Xəbər lenti