Bu gün axı `Helluin`dir - VİDEO, FOTOLAR

Bu gün axı `Helluin`dir - VİDEO, FOTOLAR
  31 Oktyabr 2013    Oxunub:3761
`Helluin` və ya `Sem əmi`nin qazandığı milyonlar.
Dünyanın bir çox ölkəsi 31 oktyabır `Ölülər və ya Cadugərlər` Bayramı (Halloween) olaraq qeyd edir. Bu gündən bir əvvəlki gecə yəni ‘"All hallow Eve" yəni bütün əzizlərin gecəsi, zaman içində Halloweenə çevrilərək bizimdə Cadugərlər Bayramı adı altında ancaq bizimlə uzaqdan yaxından əlaqəsi olmayan, yalnız ticari istiqamətdən böyük şəhər fəaliyyətlərinə qatdığımız bir bayram olaraq qeyd olunmaqdadır.

Katolik ölkələrdə isə, Əzizlər və Ruhlar Günü olaraq qeyd olunan bu günün Meksika, ABŞ, İngiltərədə heç bir ölkədə olmadığı qədər xüsusi bir yeri vardır. 31 oktyabr gecəsi başlayan və Ölülər Bayramı olaraq qeyd olunan bu bayram, tam 3 gün davam edər və ölkənin ən əhəmiyyətli bayramı olaraq qeyd olunar. Bundan əlavə isə `Hallowen` günü uşaqların xoşladığı bayramlardan birdir.Belə ki onlar sevimli və qorxulu kostyumlarını geyinib qapı qapı gəzib qonşularından şirniyat yığırlar. Bu tip bəzədilmiş ev isə uşaqlara açıq olduğunu göstərir.


Bayramı şox qədim zamanlara aid etsələrdə mütəxəssislər bununla razılaşmır. Onlar bayramın yaranma tarixin uzağı 200 il əvvələ Böyük Britaniyada qeyd edilməsi vaxtına aid edirlər. Xristian kilsələri də buna birmənalı yanaşmır. Bəziləri bunu şeytan bayramı kimi qiymətləndirir, bəziləri isə bütün əzizlər gününə (dini bayram) rəng qatdığı üçün bəyənirlər. Protestant kilsələri isə bu günü tarixi islahatlar günü kimi qeyd edir.

Xatırldaq ki, İslam dinindən və Şərq mentalitetindən tamamilə kənar olmasına baxmayaraq, Helluin yavaş-yavaş bu ölkələrə də siraət edir. Böyük təmtərəqla olmasa da Heloin `party`lər hətta Bakıda belə keçirilir. Bayram vaxtı qorxulu personajların və nağıl qəhrəmanlarının canlanması əsasən gənclərə və uşaqlara maraqlı olur. Məsələn Manila tələbələrinin bu gün çəkdirdikləri bu şəkil dediklərimizi bir daha isbatlayır.



`Helluin` gününün olmasını nəzərə alaraq qərb mədəniyyətində qorxu personajlarına olan marağı araşdırmağa çalışdıq. Bəli qorxu personajların qədimə calamaq olar, amma, bu günün personajları qədim el nağıllarında olanlardan qat-qat ağıllıdır və nağıllarla müqayisədə indiki qəhrəmanlar qalib gələ də bilirlər.

Qorxu personajlarının isə ağıllanmasının səbəbi nə qədər qəribə görsənsədə puldur. Məsələ burdadır ki, iyirminci əsrin əvvəllərindən qorxu filmləri çəkən Hollivud artıq tamaşaçının marağın necə cəlb etməyi bilmir.

Qorxu filmləri yalan üzərində qurulur və insanların uşaqlıqdan inandığı qeyri adi qüvvələri canlandırır. Bizi isə yəni müasir tamaşaçını hər yalanla aldatmaq olmaz. Bu təqdirdə Hollivud standartları qırmağa və bizim düşüncəmizin əksinə olaraq pis qüvvələrin qalibiyyətinə yönəlmiş filmlər çəkməyə başlayır. Standartdan kənar hər bir şey isə əlbətdəki insanları cəlb edir. İnsanların cəlb olunmasıdan isə `Sem əmi` çoxlu pul qazanır.

Təsəvvür edin təkcə 2013-cü ildə Hollivud qorxu filmləri 495 700 000 dollar gəlir gətirib. Bu keçən ilə nisbətən 52% çoxdur. Üstəlik qorxu filmlərinin büdcəsidə az olur. Məsələn ilin avvəlində çəkilən "The Conjuring" (Cadu-ing.) filmi 20 milyon dollara çəkilib. Filmin bu günə olan gəlirləri isə 300 milyon dolları aşır.

Hər bir halda bu bir janr olaraq həyatımızdadır və çox vaxt məzmunu belə olmayan bu tip filmlərə nədənsə həm vaxt həm də pul ayırmaqdan çəkinmirik.

AzVision.az video və fotolarda oxucuları qorxu filmlərinin yaranmasından bu gününə kimi tarixinə baxış təqdim edir. Burada nə vaxtsa pul yığıb, evdən gizli - qaçıb videotekada həyəcanla izlədiyimiz filmlərə də rast gələcəyik. Bu dəfə baxmağa dəyər...Helluindir axı!



Qalereya




Teqlər:  





Xəbər lenti