Kosmosda almaz tapıdı

Kosmosda almaz tapıdı
  31 Oktyabr 2013    Oxunub:1774
Yupiter və Saturnda atmosferin aşağı qatlarında nəhəng almaz daşlarının olduğu, yuxarı qatlarında isə almaz yağışlarının yağdığı ehtimal edilir. Astrofiziklərin qənaətinə görə, nəhəng planetlərin yeraltı hissələrində ölçüsü böyük aysberq həcmində olan qiqant almaz daşları cəmlənib.
Bu nəticəyə son 5 il ərzində bu planetlərdə sıxlıq, temperatur və təzyiq haqda məlumatlar toplayan Amerikan alimləri gəliblər. Almazların ehtimal olunan yaranma prosesinin səbəbi isə Yupiter və Saturnun yuxarı təbəqələrində mütəmadi baş verən qasırğalar nəticəsində hidrokarbonların qrafit və ya qara karbona çevrilməsidir. Bu materiya xüsusi temperatur və təzyiq altında atmosferin aşağı qatlarına enərək mikroalmazlara çevrilir və nəhəng nüvə istiqamətində hərəkət edir. Burada onlar əriyib maye halına keçərək, böyük planetlərin atmosfer hissəsində peyda olur.

Buna görə də alimlər hesab edirlər ki, Yupiter və Saturn planetlərinin səthi qiymətli almaz daşları ilə əhatə olunub. Alimlər hətta yarızarafat-yarıciddi iddia edirlər ki, bəşəriyyət gələcəkdə robot stansiyalarından istifadə edərək, bu qiymətli daşları gətirədə bilər.


Teqlər:





Xəbər lenti