İtaliyalı gənclər Azərbaycanda təhsil alacaq

İtaliyalı gənclər Azərbaycanda təhsil alacaq
  02 Noyabr 2013    Oxunub:1730
İtaliya Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığını genişləndirmək niyyətindədir.
Bu gün Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etmək üçün Bakıya səfərə gəlmiş İtaliya Senatının mədəniyyət və təhsil komissiyasının üzvü xanım Stefania Cannini ilə Milli Məclisin elm və təhsil komitəsinin üzvlərinin görüşü olub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında qonağa ətraflı məlumat verərək deyib ki, bu proqram çərçivəsində 5 mindən çox azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində təhsil alacaq.

Qeyd olundu ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində Bakı Ali Neft Məktəbi yaradılıb. Bu məktəbin yaradılmasının əsas məqsədi beynəlxalq standartlara uyğun müasir tədris proqramları və texnologiyaları ilə ARDNŞ üçün müasir biliklərə yiyələnən və ingilis dilli kadrlar hazırlamaqdan ibarətdir. Artıq Azərbaycanın əksər ali təhsil ocaqlarında Bolonya sistemi mövcuddur.

Qonaq Stefania Cannini isə öz növbəsində Azərbaycana ikinci dəfədir ki gəldiyini bildirərərk, ötən müddət ərzində Bakı şəhərinin daha da gözəlləşdiyini diqqətə çatdırdı.

Bildirildi ki, İtaliya Azərbaycan ilə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də səmərəli əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanda kifayət qədər tanınmış təhsil ocaqları var və biz bu təhsil ocaqlarında italyan gənclərinin də oxuması üçün lazımi tədbirləri həyata keçirməyə çalışacağıq.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:





Xəbər lenti