WhatsApp təhlükə qarşısında

WhatsApp təhlükə qarşısında
  04 Noyabr 2013    Oxunub:1393
Smartfon telefonlar üçün yaradılan mesajlaşma proqramlarından biri olan WhatsApp-ın vəziyyəti getdikcə çətinləşir.
350 milyon istifadəçiyə malik olan WhatsApp proqramını yeni yaradılan Bladkberry Messenger (BBM) və digər proqramlar üstələyib.

Belə ki, WhatsApp-dan fərqli olaraq, BBM, Tango, LİNE və digər proqramlarda səs, görüntü keyfiyyətləri yüksəkdir.

Lakin, buna baxmayaraq, ərəb ölkələrində WhatsApp öz rəqiblərinə qalib gəlir. Səudiyyə Ərəbistanda BBM 1-ci, WhatsApp 2-ci, Tango 6-cı, LİNE isə 12-ci yerdədir.

Qeyd edək ki, gələn ildən WhatsApp-ın pullu olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti