Niyə pis insanlar eybəcər olur? – ELMİ CAVAB

Niyə pis insanlar eybəcər olur? – ELMİ CAVAB
  04 Noyabr 2013    Oxunub:13585
Yəqin hamı müşahidə edib ki, xeyirxah, mehriban insanlar yaşlandıqca sifətləri gözəlləşir, qəddar, acıdil, pis insanlar isə əksinə, hətta cavanlıqda gözəl olublarsa belə, yaşlandıqca sifətlərinə `zəhrimar çökür`. Niyə belə olur?
İnsanın sifəti 57 əzələdən ibarətdir. Üzün ifadəsi bu əzələlərin tonusunun əmələ gətirdiyi cizgilərdən formalaşır. Ona görə də, insanın keçirdiyi emosiyalar tədricən sifət əzələləri vasitəsilə onun üzünə `hopur`. Bura açıq ifadə olunmayan, gizli, daxili emosiyalar da aiddir.

Sifətin mimikası qeyri-iradi formalaşır. Ona görə də, insan hətta nəyinsə haqqında düşünəndə belə, istər-istəməz sifətində müəyyən əzələlər gərilir və fikirləri onun üzündə əks olunur. İllər keçdikcə həm xeyirxahlıq, həm də qəddarlıq insanın üzünə “yazılır”. Qəzəb, acıq, nifrət kimi emosiyalar üz əzələlərini “əyir” və sifətə eybəcər görkəm verirlər. Müsbət emosiyalar isə əksinə, üzə gözəllik gətirir. Çünki təbəssüm üçün cəmi bircə əzələnin gərilməsi kifayətdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti