Yəhudilərə Azərbaycana gəlməmək tövsiyəsi

Yəhudilərə Azərbaycana gəlməmək tövsiyəsi
  07 Mart 2013    Oxunub:1412
Ölkə vətəndaşlarına 12 ölkəyə və dünyanın digər ölkələrindəki 8 regiona səfər etməmək tövsiyə olunur.
İsrailin terrorçuluğa qarşı mübarizə qərargahı öz vətəndaşlarını Novruz Bayramı günlərində Azərbaycana səfər etməkdən çəkinməyə çağırıb.

İsrail Milli Təhlükəsizlik Şurasının tərkibinə daxil olan bu qərargahın yaydığı məlumatda ölkə vətəndaşlarına 12 ölkəyə və dünyanın digər ölkələrindəki 8 regiona səfər etməmək tövsiyə olunur.

Bu siyahıda postsovet respublikalarından yalnız Azərbaycanın adı var. Qərargah Azərbaycanda təhlükənin səviyyəsini “potensial” olaraq qiymətləndirib və İsrail vətəndaşlarına zərurət olmayacağı təqdirdə bu ölkəyə getməmək tövsiyə edilib.

Çox güman ki, söhbət “Hizbullah” liderlərindən İmad Muqniyənin zərərsizləşdirilməsinin beşinci ildönümündə bu təşkilatın İsrail vətəndaşlarını oğurlaaya biləcəyi ehtimalından gedir.

Bundan başqa İsrail vətəndaşlarına Çeçenistana getməmək də tövsiyə olunub. Qərargah mütəxəssisləri Çeçenistanda İsrail vətəndaşları üçün konkret təhlükə olduğunu bildirib və qeyd ediblər ki, burada təhlükənin səviyyəsi təxminən Sina yarımadası və ya Kəşmirdə olduğu səviyyədədir.(apa)


Teqlər:  





Xəbər lenti