Sülhməramlıların qaçırılmasına sərt təpgi

Sülhməramlıların qaçırılmasına sərt təpgi
  07 Mart 2013    Oxunub:1356
Vəziyyəti aydınlaşdırmaq və durumu düzgün dəyərləndirmək üçün qrup yaradılıb.
Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Suriyada BMT-nin sülhməramlı əsgərlərinin qaçırılmasına münasibət bildirib.
Qatilov bu hadisəini terroristlərin heç bir əxlaqi dəyər tanımamağın pik nöqtəsi kimi qiymətləndirib. Bu cür əxlaqsızlığın kimsə tərəfindən dəstəklənmədiyini deyən nazir müavini bildirib ki, vəziyyəti aydınlaşdırmaq və durumu düzgün dəyərləndirmək üçün qrup yaradılıb.

Xatırladaq ki, dünən axşam İsraillə Suriya arasında atəşkəsə nəzarət edilən Qolan təpələrində 20 BMT əsgəri 30 silahlı şəxs tərəfindən girov götürülüb. Terroristlər girovların öldürüləcəyini bildirib.

AzVision.az




Teqlər:  





Xəbər lenti